$ whoami

Rəşad Rzayev

Web Developer

// haqqımda

Mən Rəşad Rzayev. 22 iyul 2001-ci ildə Azərbaycan Respublikasında anadan olmuşam.

2018–2022-ci illərdə Bakı Mühəndislik Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışam. Daha sonra, 2022–2024-cü illərdə Azərbaycan Texniki Universitetində Tətbiqi Proqram Təminatı ixtisaslaşması üzrə magistr təhsilimi tamamlamışam.

2021-ci ildən etibarən Web Development sahəsində peşəkar fəaliyyət göstərirəm. Bu müddət ərzində müxtəlif layihələrin hazırlanması və inkişafında iştirak etmiş, fərqli texnologiyalarla işləyərək praktiki təcrübə qazanmışam. Karyeram ərzində dövlət qurumlarından birində İnformasiya Texnologiyaları Şöbəsinin müdiri vəzifəsində çalışaraq həm texniki, həm də idarəetmə sahəsində dəyərli təcrübə əldə etmişəm.

Hazırda əsas məqsədim müasir veb texnologiyalarından istifadə edərək funksional, təhlükəsiz və istifadəçi yönümlü rəqəmsal həllər yaratmaqdır.

// sosial media

// bacarıqlar

Python Django Javascript React HTML/CSS Docker